"Fənərbağça" qış fasiləsində "Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiçi heyətinə qatmağı planlaşdırır.
1Sport.az xəbər verir ki, baş məşqçi Emre Belözoğlunun tələbi ilə 32 yaşlı xorvatiyalı futbolçu üçün hərəkətə keçilib. "Şəhərlilər"lə müqaviləsi mövsümün sonunda bitəcək Kovaçiçin ayrılmaq üçün yayı gözləməyəcəyi və İstanbul təmsilçisinin bu keçiddə əsas namizəd olduğu bildirilir.
Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm meydana çıxdığı 3 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.