“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
1Sport.az xəbər verir ki, “sarı-qırmızılar” “Fiorentino”nun oyunçusu Krist İnao Oulayini transfer etməyi planlaşdırır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul nəhənginin artıq 20 yaşlı yarımmüdafiəçinin keçidi üçün danışıqlara başladığı da qeyd olunub.
Xatırladaq ki, futbolçu daha öncə də Türkiyə çempionatında çıxış edib. O, ötən il “Trabzonspor”un formasını geyinib.