“Axmat”ın yarımmüdafiəçisi Eqaş Kasintura yeni baş məşqçi Rolan Qusevin rəhbərliyi altında məşq prosesi barədə danışıb.
1Sport.az xəbər verir ki, anqolalı futbolçu yeni məşqçilər korpusu ilə əməkdaşlığın yaxşı başladığını və komandanın baş məşqçinin iş prinsipləri ilə artıq tanış olduğunu bildirib:
“Yeni məşqçilər korpusu ilə tanışlıq yaxşı keçir. Onun rəhbərliyi altında beş gün məşq etmişdik və baş məşqçinin prinsipləri bizə aydın idi. Hazırda məşqlər daha sürətli və intensivdir. Gələcəkdə hər şeyin necə olacağını görəcəyik”.
Qeyd edək ki, 49 yaşlı rusiyalı mütəxəssis 2026-cı il noyabrında “Axmat”ın baş məşqçisi təyin olunub. O, daha əvvəl Moskva “Dinamo”sunu çalışdırıb.