Portuqaliya millisinin üç aparıcı futbolçusu qarşıdakı oyunda iştirak etməyəcək.
1Sport.az xəbər verir ki, Joao Palinya, Ruben Diaş və Bernardo Silva dərhal klublarının düşərgəsinə qayıdacaqlar. Bu barədə Portuqaliya Futbol Federasiyası (FPF) məlumat yayıb.
Palinya və Diaş sarı vərəqə limitini aşdıqları üçün Millətlər Liqasının qrup mərhələsinin son turunda oynaya bilməyəcəklər. Bernardo Silva isə zədə səbəbindən millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Joao Palinya cari Millətlər Liqasında 4, Ruben Diaş 5 oyunda iştirak edib. Bernardo Silva isə 3 oyunda meydana çıxıb. Bu görüşlərdə 1 qol vurub.