"Barselona"nın oyunçusu Alexandro Balde karyerasını İtaliyada davam etdirə bilər.
1Sport.az xəbər verir ki, "Yuventus" futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi müdafiəçini icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, cari mövsüm "Barsa" forması ilə 5 oyuna çıxan Balde fərqlənməyi bacarmayıb.