"Ravenna"nın formasını geyinən 46 yaşlı braziliyalı əfsanə "Forli" ilə matçda 11 illik fasilədən sonra yenidən yaşıl meydanlara çıxıb.
1Sport.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün ilk 45 dəqiqəsində oynayan ulduz futbolçu fasilədə əvəzlənib.
Ronaldinyo meydanda olduğu müddətdə 21 ötürmədən 17-ni dəqiq yerinə yetirib və 1 açar ötürmə ilə yadda qalıb. Cərimə meydançasına etdiyi 5 ötürmənin 3-ü ünvanına çatan braziliyalı 3-cü zonada 12 ötürmədən 8-də dəqiq olub, həmçinin girdiyi yeganə ikili mübarizədən qalib ayrılıb.