DataLife Engine / Haaland "Real"a keçəcək

Haaland "Real"a keçəcək

“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın gələcəkdə “Real Madrid”də çıxış edəcəyi iddia olunur.

1Sport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Qari Nevill “The Overlap” podkastında norveçli futbolçunun ən gec 18 ay ərzində Madrid klubuna keçəcəyini bildirib:

“Əminəm ki, Erlinq Haaland ən gec 18 ay ərzində, bəlkə də mövsümün sonunda "Real"ın futbolçusu olacaq”.

Nevill Vinisius Juniorun komandadan ayrılacağını, Kilian Mbappenin sol cinaha keçəcəyini, Haalandın isə hücumun mərkəzində oynayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, 26 yaşlı Haalandın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədərdir.

26-11-2026, 23:49
Geri dön