DataLife Engine / Mourinyo Bellinqemin uğurunun əsl səbəbini açıqladı

Mourinyo Bellinqemin uğurunun əsl səbəbini açıqladı

Joze Mourinyo Cud Bellinqemin inkişafında əsas rolun məhz futbolçunun özünə məxsus olduğunu düşünür.

1Sport.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda PSV-yə qalib gəldikdən sonra ingiltərəli yarımmüdafiəçi portuqaliyalı mütəxəssisi inkişafının əsas səbəbi kimi göstərib. Lakin Mourinyo bu fikirlə razılaşmayıb:

“Bu, onun tərəfindən çox xoş sözlərdir, amma mən onunla razı deyiləm. Onun uğurunun əsas səbəbi özüdür. Cud həm “on nömrə”, həm “səkkiz nömrə” mövqeyində, eləcə də başqa bir mərkəz yarımmüdafiəçisi ilə cütlükdə oynaya bilər. O, həqiqətən də inanılmaz futbolçudur”.

Qeyd edək ki, 23 yaşlı Bellinqem cari mövsüm 18 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.


Dünən, 22:54
Geri dön