DataLife Engine / “Real Madrid” çətinliklə qalib gəldi

“Real Madrid” çətinliklə qalib gəldi

İspaniya La Liqasının 13-cü turunda “Real Madrid” “Selta”nı qəbul edib.

1Sport.az xəbər verir ki, qarşılaşma qonaqların erkən qolu ilə başlayıb. Pablo Duran altıncı dəqiqədə hesabı açıb.

“Kral klubu” birinci hissədə oyuna bərabərlik gətirməyə yaxın olsa da, Kilian Mbappe 39-cu dəqiqədə penaltidən yararlana bilməyib.

İkinci yarıda Madrid klubu geridönüş etməyi bacarıb. Əvvəlcə Cud Bellinqem 66-cı dəqiqədə fərqlənib. Matçın 85-ci dəqiqəsində isə Karlos Espi meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Bu gün, 09:52
Geri dön