“İnter” “Arsenal”in müdafiəçisi Kristian Moskeranı transfer etmək istəyir.
1Sport.az xəbər verir ki, məlumatı “Calciomercato” nəşri yayıb. Milan klubu müdafiə xəttini gəncləşdirmək üçün kolumbiyalı futbolçunun transferini nəzərdən keçirir. Lakin onun yanvarda komandaya cəlb olunması çətin görünür.
“Arsenal” 21 yaşlı oyunçuya təxminən 40 milyon avro qiymət qoyub. London təmsilçisi Moskeranı 2025-ci ilin yayında “Valensiya”dan 15 milyon avroya transfer edib.
Müdafiəçi bu mövsüm bütün turnirlərdə cəmi 5 matçda meydana çıxıb. Onun oyun vaxtının az olması “İnter”in marağını yenidən artırıb. Moskeranın 2027-ci ilin yayında İtaliya klubuna keçidi daha real görünür.