“Arsenal” Dortmund “Borussiya”sının 19 yaşlı müdafiəsi Joane Qadunu transfer etmək istəyir.
1Sport.az xəbər verir ki, London klubu fransalı futbolçu üçün 50 milyon avro təklif etməyi nəzərdən keçirir. Lakin “Mançester Yunayted”, “Liverpul”, “Real Madrid” və PSJ də gənc oyunçu ilə maraqlanır.
PSJ-nin yetirməsi olan Qadu 2024-cü ildə 10 milyon avroya “Zalsburq”a satılıb. İki il sonra Dortmund klubuna keçən müdafiəçi uğurlu çıxışı ilə Avropanın aparıcı komandalarının diqqətini cəlb edib.
“Borussiya”nın isə futbolçunu ən azı daha bir mövsüm komandada saxlamağa çalışacağı gözlənilir.