DataLife Engine / "Mançester Siti"nin futbolçusu "Fənərbağça"ya keçə bilər

"Mançester Siti"nin futbolçusu "Fənərbağça"ya keçə bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını Türkiyədə davam etdirə bilər.

1Sport.az xəbər verir ki, "Fənərbağça" yanvarda 32 yaşlı xorvatiyalı oyunçunu heyətinə qatmağı planlaşdırır.

Müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunun keçid şərtlərini öyrənən İstanbul təmsilçisinin rəsmiləri yaxın günlərdə İngiltərəyə yollanaraq onunla görüşəcəklər.

Qeyd edək ki, Kovaçiç cari mövsüm meydana çıxdığı 3 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu gün, 21:14
Geri dön