DataLife Engine / "Arsenal"ın oyunçusu komandadan ayrıla bilər

"Arsenal"ın oyunçusu komandadan ayrıla bilər

"Arsenal" qış "transfer pəncərəsi"ndə yarımmüdafiəçisi Martin Subimendi ilə yollarını ayıra bilər.

1Sport.az xəbər verir ki, 27 yaşlı ispaniyalı futbolçu ilə "Liverpul", "Real" və "Çelsi" yaxından maraqlanır. Mikel Artetanın rəhbərliyi altında müntəzəm şans qazanmaqda çətinlik çəkən oyunçu daha çox meydana çıxa biləcəyi komandaya keçmək istəyir.

"Topçular" orta xətdə Deklan Rays, Martin Edeqor, Bruno Gimaraynş və Mayls Lyuis-Skelli ilə rəqabətdə geri qalan Subimendinin satışından 70 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Bu gün, 13:56
Geri dön