"Çelsi" "Barselona"sının futbolçuları Fermin Lopes və Jül Kundeni heyətinə qatmaq niyyətindədir.
1Sport.az xəbər verir ki, London təmsilçisi baş məşqçi Xabi Alonsonun istəyi ilə qış fasiləsində bu transferlərə görə qarşı tərəfə ümumilikdə 180 milyon avro təklif etməyi planlaşdırır.
Qeyd edək ki, cari mövsüm Fermin Lopes meydana çıxdığı 11 matçda 7 qol və 5 məhsuldar ötürmə edib. Kundenin də statistikası normaldır. Fransız 6 görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.