PSJ-nin qapıçısı Luka Şevalye Paris klubunu tərk etməyi düşünür.
1Sport.az xəbər verir ki, məlumatı “L’Équipe” nəşri yayıb. Fransalı qolkiper müntəzəm oynamaq üçün ayrılmaq istəyini artıq yaxınlarından gizlətmir. Ehtiyatda qalması onun Fransa millisindəki gələcəyini də təhlükə altına salır.
PSJ 2025-ci ilin yayında Şevalyeni “Lill”dən 40 milyon avroya transfer edib. O, “Tottenhem”lə UEFA Superkuboku matçında debüt edərək komandasının penaltilər seriyasında qələbəsinə töhfə versə də, sonradan əsas heyətdəki yerini itirib.