DataLife Engine / Enrike PSJ-nin qış planı açıqladı

Enrike PSJ-nin qış planı açıqladı

PSJ ağır zədələr üzündən Xviça Kvaratsxeliya və Desire Duedən uzun müddət yararlana bilməyəcək.

1Sport.az xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike buna baxmayaraq, qış transfer pəncərəsində yeni futbolçu almağı düşünmədiklərini bildirib:

“Düşünürsünüz ki, biz ağlayıb şikayət edəcəyik? Xeyr, komandamız belə işləmir. Zədələr futbolda baş verir. Son üç ildə bu komanda inanılmaz dözümlülük nümayiş etdirib. Qarşıda çətin vəzifəmiz var, lakin inkişafımızı davam etdirmək üçün motivasiyamızı qorumalıyıq. Cəmi altı aylıq müqavilə ilə futbolçu transfer etmək bizim üslubumuz deyil”.

Qeyd edək ki, hər iki futbolçunun dizinin ön çarpaz bağında zədə aşkarlanıb. Onların cari mövsümün qalan hissəsində meydana çıxmayacağı gözlənilir.


Dünən, 23:10
Geri dön