Fransanın sabiq milli üzvü Benoit Tremulinas yenidən futbolçu karyerasına qayıdıb.
1Sport.az xəbər verir ki, 40 yaşlı müdafiəçi ölkəsinin altıncı liqasında mübarizə aparan “Bordo”da çıxış edəcək. Bu barədə klub açıqlama verib:
“Benoit Tremulinas bu gün səhər komandanın ümumi məşqlərinə qoşulub. Onun qayıdışına çox şadıq və bu çətin, lakin gözəl yolda ona dəstək olacağıq. Təşəkkür edirik!”
Qeyd edək ki, fransalı futbolçu 2019-cu ildə karyerasını başa vurduğunu açıqlamışdı. O, daha əvvəl “Bordo”, “Dinamo”,, “Sent-Etyen” və “Sevilya” klublarında çıxış edib. Fransa millisinin heyətində isə 5 oyun keçirib.