DataLife Engine / Argentinalı ulduz canlı yayımda huşunu itirdi

Argentinalı ulduz canlı yayımda huşunu itirdi

Argentina millisinin oyunçusu Leandro Paredesin Kolumbiyada keçirilən Cənubi Amerika Kubokunun finalından sonra sqğlamlığında ciddi problem yaşanıb.

1Sport.az xəbər verir ki, Argentinanın “Boka Xuniors” klubunun kapitanı Braziliyanın “Atletiko Mineyro” kollektivi ilə final qarşılaşmasından sonra “DSports” telekanalına müsahibə verərkən qəfil huşunu itirərək yerə yıxılıb. Futbolçunun vəziyyətinin pisləşdiyini görən jurnalist ona kömək etməyə çalışıb. Hadisə yerinə dərhal tibb işçiləri cəlb olunub. Paredes qısa müddət sonra özünə gəlib.

Qeyd edək ki, “Boka Xuniors” finalda “Atletiko Mineyro”nu 2:0 hesabı ilə məğlub edərək Cənubi Amerika Kubokunun qalibi olub.

Bu gün, 14:38
Geri dön