Argentina millisinin qapıçısı Emiliano Martines komanda yoldaşı Niko Paz haqqında fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinin açıqlama verən argentinalı qapıçı həmyerlisinin milliyə getdikcə daha çox uyğunlaşdığını bildirib:
“Niko burada oynamağa layiqdir. Vurduğu qollar da əlavə üstünlükdür. Təvazökarlığını qoruyub bu səviyyədə çıxışını davam etdirsə, Argentina millisinin 10 nömrəli formasını geyinə bilər. Bizə onun kimi lider futbolçular lazımdır. O, komandamızın çoxlu qələbə qazanmasına kömək edə bilər”.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümde 14 oyunada iştirak edib, 6 qol və 8 məhsuldar ötürməyə imza atıb.