DataLife Engine / “Sumqayıt”ın futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub

“Sumqayıt”ın futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub

“Sumqayıt”ın kişi və qadınlardan ibarət əsas komandalarının üzvləri üçün hakimlik qaydaları ilə bağlı seminar keçirilib.

1Sport.az xəbər verir ki, tədbirdə AFFA Hakimlər Komitəsinin üzvləri Asim Xudiyev və Orxan Məmmədov iştirak ediblər.

“SOCAR Polymer Arena”nın konfrans zalında təşkil olunan seminarda komanda üzvlərinə hakim idarəçiliyində tətbiq edilən yeni qaydalar barədə ətraflı məlumat verilib.

Dünən, 19:44
Geri dön