Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.
1Sport.az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Artıq arenada yekun təmizləmə işləri aparılır. Stadionun ot örtüyü ideal səviyyədədir. Bir sözlə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu "Sabah" oyuna tam hazır vəziyyətdədir.