DataLife Engine / "Şəfa"nın üzvünə Avropadan təklif var

"Şəfa"nın üzvünə Avropadan təklif var

Azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirə bilər.
1Sport.az-a daxil olan məlumata görə, "Şəfa"nın müdafiəçisi İsmayıl Zülfüqarlıya Avropadan bir neçə klubdan təklif var. Adları bəlli olmayan komandaların mövsümün sonunda futbolçuya görə Bakı təmsilçisinə rəsmi təklif göndərəcəyi gözlənilir. 
Qeyd edək ki, Zülfüqarlı cari mövsüm "Şəfa"nın heyətində 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürməyə imza atıb.
13-11-2026, 19:56
Geri dön