“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XIII tur oyunundan sonra hakimlik və icarəyə verilən futbolçular məsələsinə münasibət bildirdi.
1Sport.az xəbər verir ki, litvalı mütəxəssis bunları dedi:
“Çempionlar Liqasından sonra Azərbaycan çempionatına qayıdanda sanki fərqli idman növü oynayırsan. Qərarların necə verilməsi və sarı vərəqələrin sayı məni narahat edir. Eyni epizoda görə bir tərəfə 10 qayda pozuntusu verilib, digərinə heç nə verilməməsi xoş deyil. Xaricdən hakim gətirmək mənim işim deyil, bu mövzunu bağlayıb növbəti oyuna hazırlaşmalıyıq. İcarəyə verdiyimiz Abdulla Rzayevin bizə qarşı oynamamasına gəlincə, bu, dünyada tətbiq olunan normal praktikadır”.