Qarabağ - 1Sport.az

İtaliyalı məşqçi Kaşuku təriflədi
Ukrayna millisinin məşqçisi Andrea Maldera Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiyaya qarşı keçirilən oyundan (0:1) sonra “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmadakı ilk çıxışını dəyərləndirib.

1Sport.az xəbər verir ki, italiyalı mütəxəssis oyunçunu niyə lateral mövqeyində sınaqdan keçirdiyini də izah edib:

“Kaşuku niyə məhz həmin ampluada oynatdım? Çünki o, klubunda da bənzər zonada çıxış edir. Meydana ilk dəfə çıxdığını nəzərə alsaq, əla təsir bağışladı. Onun iki dəfə təşəbbüsü ələ alması sayəsində real qol imkanları yaratdıq”.

Kaşuk Ukraynada Qurban Qurbanovu təriflədi
"Qarabağ"ın vingeri Aleksey Kaşuk "Ukrainskiy futbol" nəşrinə müsahibə verib.

1Sport.az xəbər verir ki, 26 yaşlı futbolçu baş məşqçi Qurban Qurbanovun fəaliyyətindən danışıb. O, təcrübəli mütəxəssisin həm oyunçu, həm də məşqçi kimi əfsanə olduğunu bildirib:

"Qurban Qurbanov Azərbaycan və klub üçün çox iş görüb. O, yaxşı mənada bossdur. Çox böyük əmək sayəsində "Qarabağ"ı tamamilə başqa səviyyəyə qaldırıb. Əgər insan bu qədər illər ərzində eyni klubdadırsa, deməli, hər şeyi düzgün edir. Nəticələr də bunun sübutudur. "Qarabağ" ardıcıl 10 ildən çox avrokubokların qrup mərhələsində oynayıb. Bu, artıq adi görünməyə başlayıb, lakin əslində komanda bunun üçün nəhəng səylər sərf etməlidir".