DataLife Engine / Bölgə təmsilçisi sabiq futbolçusuna iş verdi

Bölgə təmsilçisi sabiq futbolçusuna iş verdi

"Araz-Naxçıvan"da yeni məşqçi təyinatı baş tutub.

1Sport.az-a daxil olan məlumata görə, Kamal Bayramov bölgə təmsilçisində çalışmağa başlayıb. Tovuzlu mütəxəssis əvəzedici komandada qapıçılar üzrə məşqçi olaraq fəaliyyət göstərir. 

Qeyd edək ki, Kamal Bayramov karyerası ərzində "Şamaxı", "Turan Tovuz", "Səbail", "Zirə", Araz-Naxçıvan", "Xəzər Lənkəran", Muğan", "Neftçi", AZAL, "Keşlə", "Rəvan" kimi klublarda da çıxış edib.

13-11-2026, 22:56
Geri dön