DataLife Engine / "Sanki Avropa komandası ilə qarşılaşırdıq"

"Sanki Avropa komandası ilə qarşılaşırdıq"

Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz" "Qarabağ"la heç-heçə etdi - 0:0.

1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransda qonaqların baş məşqçisi Qurban Qurbanov iştirak etdi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Oyunda atmosferə görə, "Kəpəz" rəhbərliyinə, azarkeşlərə təşəkkür edirəm. Sanki Avropa komandası ilə qarşılaşırdıq. Ümumiyyətlə, oyunda öncə də atmosfer əla idi. 

Komandama da təşəkkür edirəm. Geriyə addım yoxdur. İrəli getməyə çalışırıq. Daha yaxşı addımlar atmalıyıq. Bir tərəfdən sevindiricidir. Sistem dəyişikliyi edirik. Rəqiblər bizə qarşı daha yaxşı oynayır. 

İrəli baxmalıyıq. Daha yaxşı, məsuliyyətli olmalıyıq. Qarşıdakı oyunlarda istənilən "11-liy"i formalaşdırmalıyıq".

Bu gün, 19:13
Geri dön