Misli Premyer Liqasının 12-ci turunda keçirilən "Sumqayıt" - "Sabah" matçından (1:5) sonra meydan sahiblərinin baş məşqçisi Filipe Kandidonun iştirakı ilə mətbuat konfransı keçirilib.
1Sport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunla bağlı bunları deyib:
"Bilirdik ki, çətin oyun olacaq. Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynamaq çox çətin idi. Qırmızı vərəqə almasaydıq, bəlkə də nəticə fərqli ola bilərdi. Şanslar da yarada bildik. Buraxdığımız ilk qoldan sonra da yaxşı oynadıq. Lakin qırmızı vərəqə gedişatı tamamilə dəyişdi".