Bu gün Misli Premyer Liqasında 12-ci tura start veriləcək.
1Sport.az xəbər verir ki, açılış oyununda “İmişli” “Zirə”ni qəbul edəcək.
Komandaların duelində favorit qonaqlardır. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv avrokuboklar uğrunda mübarizə aparır. İmişli təmsilçisinin hədəfi isə çempionatda qalmaqdır. "İmişli"nin Yevlaxda yaxşı nəticələr əldə etdiyini də nəzərə almaq lazımdır.
Tərəflər indiyə qədər 4 dəfə qarşılaşıb. Bunların 3-ü bərabərliklə, 1-i isə “qartallar”ın qələbəsi ilə yekunlaşıb. Qapılara cəmi 6 qol vurulub. 4-ü paytaxt klubunun 2-si bölgə təmsilçisinin payına düşür.
Maraqlı məqam ondadır ki, Rəşad Sadıqovun yetirmələri “şirlər”i səfərdə heç vaxt məğlub edə bilməyib.
Misli Premyer Liqası
12-ci tur
20 noyabr (cümə) 14:30.
“İmişli” - ”Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR hakimi: Kamranbəy Rəhimov
Köməkçi VAR hakimi: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura noyabrın 22-si yekun vurulacaq.