Neftçi - 1Sport.az

Almeyda oynadı, komandası qələbəyə sevindi
Afrika Millətlər Kubokunun seçmə mərhələsində Benin millisi növbəti oyununu keçirib.

1Sport.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Sessi D Almeydanın çıxış etdiyi komanda səfərdə Mərkəzi Afrika ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Matçın taleyini həll edən qolu 90+3-cü dəqiqədə Ede Oloko vurub. Komandanın kapitanı olan Almeyda qarşılaşmaya əsas heyətdə başlayıb və sonadək meydanda olub.

Benin yığması dörd turdan sonra 10 xal toplayaraq qrupda birinci pillədə qərarlaşıb.

“Neftçi”nin qızları üçün antidopinq seminarı keçirilib
Bu gün “Palms Sports” Futbol Mərkəzində “Neftçi” PFK-nın əsas qadın komandası və U-16 qızlardan ibarət komandasının futbolçu və məşqçi heyətinin iştirakı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

1Sport.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərovun təqdimatında baş tutan görüşdə idmançıların bilməli olduğu antidopinq tələbləri, qadağan olunmuş maddələr və bu sahədə mövcud qaydalar barədə ətraflı məlumat verilib.

Seminar çərçivəsində futbolçuların gündəlik idman fəaliyyətində diqqət yetirməli olduqları məqamlar, antidopinq normalarının pozulmasının mümkün nəticələri və hər bir idmançının bu sahədə daşıdığı məsuliyyət diqqətə çatdırılıb. İştirakçılar təmiz idman prinsiplərinin qorunması və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində məlumatlandırılıblar.

"Neftçi" veteran futbolçularını təbrik etdi
“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində "Neftçi"nin qonağı olublar.

1Sport.az xəbər verir ki, klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə 50 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.

Tərlan Əhmədov ölkəmizdə müxtəlif klublarda forma geyinməklə yanaşı, legioner həyatı da yaşayıb – Rusiya, İran və Ukrayna çempionatlarında çıxış edib.

1989-1991, 1998-2002-ci illərdə “Neftçi”də çıxış edən, “ağ-qara” formada 121 oyun keçirib, 6 qol vuran Əhmədov 1999-cu ildə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb və ilin futbolçusu seçilib. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandası ilə Avropa çempionu olan müdafiəçi bir müddət komandamızı meydana kapitan kimi çıxarıb. O, milli komandanın heyətində 75 oyun keçirib.

Kamal Quliyev ölkəmizdən başqa Ukrayna çempionatında da çıxış edib. 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda meydana çıxıb 24 qol vuran Quliyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. Milli komandada 47 oyun keçirib.

Tərlan Əhmədov və Kamal Quliyev 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin köməkçisi olublar. Bu dönəmdə iki il ard-arda (2012, 2013) çempionluq yaşayan “Flaqman” 2012/13-cü illər mövsümündə Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb. Bundan əlavə, komandamız iki dəfə (2013, 2014) Azərbaycan Kubokunun qalibi olub.

Əhmədov 2017/18 mövsümündə “Neftçi”nin baş məşqçisi olub və komandamıza Azərbaycan çempionatının bürünc medalını qazandırıb.

"Neftçi"nin sabiq hücumçusu Braziliyada
"Neftçi"nin sabiq futbolçusu Andre Şinyaşiki karyerasını Braziliyada davam etdirəcək.

1Sport.az xəbər verir ki, 29 yaşlı vinger B Seriyasına yüksələn "Santa Kruz" klubu ilə razılıq əldə edib.

Karyerası ərzində "Kolorado Rapids", "Şarlotte" və Bolqarıstanın "Arda" komandalarında da çıxış etmiş cənubi amerikalı 2023/2024 mövsümündə "ağ-qaralar"ın formasını geyinib. O, Bakı təmsilçisinin heyətində keçirdiyi 38 oyunda 5 qol vurub.