Kəpəz - 1Sport.az

“Kəpəz”dən nümunəvi addım
"Kəpəz"in kollektivi xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb.

1Sport.az xəbər verir ki, “Məktəbim UAFA Gəncə” təşkilatının yetirmələri “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasında qonaq olublar. Görüşdə “sarı-göylər”in məşqçi və futbolçu heyəti, rəsmi şəxsləri iştirak ediblər. Əsas komandanın baş məşqçisi Azər Məmmədov onların gəlişinə şad olduqlarını bildirib:

“Bugünkü tədbir həyatımın ən yaxşı, ən yaddaqalan görüşlərindən biridir. Bildirmək istəyirəm ki, siz – gül balalar bizlərdən birisiniz, cəmiyyətimizin layiqli övladlarısınız. “Kəpəz” klubu olaraq, daima sizləri dəstəkləriyik. Sizə diqqət və qayğı göstərmək hamı kimi bizim də borcumuzdur. Sizi məmnuniyyətlə ev oyunlarımıza dəvət edirik, sizin kimi azarkeşləri tribunalarda görməyə şad olarıq”.

Gəncə təmsilçisinin futbolçuları və rəsmi şəxsləri də uşaqlara ürək sözlərini çatdırıblar. Öz növbəsində “Məktəbim UAFA Gəncə” təşkilatının rəhbəri Rəzalə Abbasova dəvətə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, belə görüşlərdən sonra fiziki və əqli məhdudiyyətli uşaqlar çox pozitiv olurlar və özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər.

Daha sonra uşaqlar “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyası ilə tanış olublar, Gəncə şəhər stadionuna baş çəkiblər. Futbolçularla, məşqçilərlə şəkillər çəkdirən qonaqlar, həmçinin nahar zamanı müxtəlif təamların dadına baxıblar. Səmərəli və maraqlı vaxt keçirən “Məktəbim UAFA Gəncə” təşkilatının yetirmələri “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasından şən əhval-ruhiyyədə ayrılıblar.

Gəncə derbisində qalib müəyyənləşməyib
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama matçı keçirib.

​1Sport.az xəbər verir ki, Gəncə təmsilçisi bu gün öz məşq mərkəzində I Liqa klubu "Gəncəbasar"la üz-üzə gəlib.

​Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Sarı-göylər"in heyətində Kennet Kalunqa fərqlənib.

​Qeyd edək ki, "Kəpəz" növbəti rəsmi oyununu noyabrın 22-də doğma meydanda "Qarabağ"a qarşı keçirəcək.

"Kəpəz"i sevindirəcək xəbər: 2 legioner zədəsini sağaltdı
"Kəpəz"in düşərgəsində zədəli oyunçuların vəziyyəti ilə bağlı müsbət irəliləyiş qeydə alınıb.

​1Sport.az-a daxil olan məlumata görə, bir müddətdir komandaya kömək edə bilməyən David Domqjoni və Asumah Abubakar artıq tam sağalıb.

Hər iki legioner fərdi bərpa dövrünü geridə qoyaraq ümumi heyət ilə məşqlərə başlayıb. Onların növbəti matçların iştirak ərizəsində yer alıb-almayacağı məşqçilərin yekun qərarından asılı olacaq.