“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov “Sabah”a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XIII tur matçından sonra transfer planları və qarşıdakı oyunlar barədə danışdı.
1Sport.az xəbər verir ki, mütəxəssis qışda yeni futbolçular cəlb edəcəklərini bildirdi:
“Biz də qələbə qazanmaq istəyirik. Hər bir halda qış fasiləsində nəsə axtarıb heyəti gücləndirməyə çalışacağıq, bu, aydındır. Qarşıdakı turlarda çempionluq uğrunda mübarizə aparan rəqiblərlə oyunlara gəlincə, meydana çıxıb öz oyunumuzu oynamağa çalışacağıq. Futbol elədir ki, hardasa alınır, hardasa alınmır”.