DataLife Engine / “Bu qələbələr futbolçularımızın özünəinamını bərpa edir”

“Bu qələbələr futbolçularımızın özünəinamını bərpa edir”

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin müşaviri Ramazan Səmədov şəxsi feysbuk hesabında yığmamızın son qələbəsi ilə bağlı paylaşım edib.
1Sport.az xəbər verir ki, qurum rəsmisi qazanılan nəticənin komanda üçün psixoloji baxımdan çox vacib olduğunu bildirib:
“Bəziləri deyəcək ki, bu, vacib qələbədir, çünki bizi qrupda birinci yerə çıxardı. Bəziləri də deyəcək ki, o qədər də önəmli deyil, çünki çox güclü rəqibə qarşı qazanılmayıb. Amma sizə öz fikrimi deyim: millimizə məhz belə qələbələr lazımdır. Çünki bu qələbələr futbolçularımızın özünəinamını, özünə güvənini bərpa edir. Futbol çox emosional və psixoloji oyundur. Özünəinamı bir saniyənin içində itirmək mümkündür, amma onu yenidən qazanmaq, bərpa etmək uzun və çətin prosesdir. Ona görə də belə qələbələrin dəyərini yalnız hesabla və ya rəqibin gücü ilə ölçmək düzgün deyil. Eşq olsun Millimizə!”
14-11-2026, 11:55
Geri dön