Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır.
1Sport.az xəbər verir ki, qarşılaşmanın 26-cı dəqiqəsində Mahir Emreli fərqlənib. Bu, vingerin millinin heyətində vurduğu 8-ci qoldur. 29 yaşlı futbolmu yığmanın bombardirləri sıralamasında Dmitri Nazarovla birgə 5-6 pillərdə yer alıb.
Qeyd edək ki, siyahıya 16 qolla Emin Mahmudov başçılıq edir.