20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İraqın müvafiq yaş qrupundan ibarət yığması ilə ikinci yoxlama matçına çıxıb.
1Sport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə Nicat Nərimanov açıb. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Şahin İbrahimov fərqi artırıb. İkinci yarıda fəallaşan qonaqlar 66-cı dəqiqədə Moamel Malik Sabahın qolu ilə fərqi minimuma endirsələr də, komandamız üstünlüyünü qoruyub.
Yoxlama oyunu
20 noyabr
Azərbaycan (U-20) – İraq (U-20) 2:1
Qollar: Nicat Nərimanov, 26, Şahin İbrahimov, 45+3 – Moamel Malik Sabah, 66