DataLife Engine / Millimiz növbəti yoldaşlıq oyununa çıxacaq

Millimiz növbəti yoldaşlıq oyununa çıxacaq

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İraq yığması ilə növbəti yoxlama oyununu keçirəcək.

1Sport.az xəbər verir ki, baş məşqçi Rui Jorjenin rəhbərlik etdiyi komanda Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci dəfə İraqın U-20 kollektivi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda baş tutan ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu gün, 10:30
Geri dön