Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
1Sport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra millisi ilə qarşılaşıb. Görüş millimizin qələbəsi ilə yekunlaşıb.
Andorra 1:3 Azərbaycan
Qollar: 55’ Riçard Fernandez
3’ Eşqin Əhmədov, 47’ Musa Qurbanlı, 70’ Toral Bayramov (pen)
Qarşılaşmanın baş hakimi ispaniyalı Xose Luis Munuera olub.
Bu oyun yığmanın kapitanı Emin Mahmudov üçün Azərbaycan millisində vida matçı oldu. 34 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra milli karyerasını başa vurdu.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.