“Marafon”un baş məşqçisi Ceyhun Cavadov “Difai”yə qalib gəldikləri oyunu dəyərləndirdi.
1Sport.az-a açıqlama verən mütəxəssis komandasının çıxışından tam razı qaldığını bildirdi:
“Rəqibimiz gənc və perspektivli futbolçulardan ibarət “Difai” idi, onlara gələcəkdə uğurlar arzulayıram. Oyunun gedişindən tam razı qaldım, matç istədiyimiz ssenari üzrə keçdi. Demək olar ki, 90 dəqiqə ərzində rəqibə təzyiq etdik, üstünlük tam olaraq bizdə idi və bunun nəticəsində qollar vura bildik.
Lakin rahatlaşmaq olmaz, çünki gələn həftə “Zəngəzur”la çətin oyunumuz var. “Difai” matçını unudub tam olaraq həmin görüşə köklənəcəyik. Bu, bizim üçün əsl altı xallıq oyundur və maksimum nəticə qazanmaq istəyirik”.