DataLife Engine / “Hakimlikdə çox sıxıntılar var”

“Hakimlikdə çox sıxıntılar var”

“Şirvan”ın baş məşqçisi Pərviz Bayramov II Liqanın 12-ci turundakı məğlubiyyəti və hakim idarəçiliyini dəyərləndirdi.

1Sport.az-a açıqlama verən mütəxəssis “Qaradağ Lökbatan”ı qələbə münasibətilə təbrik etsə də, referilərin qərarlarından narazılıq etdi:

“Oyunun ağır olacağını bilirdik. “Qaradağ Lökbatan” yaxşı kollektiv formalaşdırıb, onları təbrik edirik. Bu matçdan 3 xal götürmək istəyirdik, amma bir qədər ustalıq çatmadı. İki fərqli hissə oynadıq – ilk yarıda öz oyunumuzu tapa bilməsək də, fasilədən sonra futbolçular toparlandılar.

Karyeram boyu hakimlər barədə danışmamışam, rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma hakimlikdə sıxıntılar çoxdur. Qapımıza olmayan penalti təyin edilir, 90+4-cü dəqiqədə isə rəqibin cərimə meydançasında top ələ açıq şəkildə dəysə də, hakim bunu görməzdən gəlir.

Növbəti turda səfərdə “Hypers”lə qarşılaşacağıq. Bərdədə oynamaq çətindir, həm də bəzi itkilərimiz var. Lakin hələ heç nə bitməyib, meydana yalnız qələbə üçün çıxacağıq”.

Dünən, 22:36
Geri dön