“Difai”nin baş məşqçisi Əli Hüseynov II Liqanın 12-ci turunda “Marafon”a məğlub olduqları oyunu dəyərləndirdi.
1Sport.az-a açıqlamasında mütəxəssis fərdi səhvlər və təcrübə çatışmazlığı ucbatından uduzduqlarını bildirdi:
“Matça çox pis başladıq və iki fərdi səhvdən qol buraxdıq. Zədəli oyunçularımız çoxdur, ehtiyat oyunçular skamyamız demək olar ki, boşdur. Buna baxmayaraq, ikinci hissədə çox yaxşı oynadıq, rəqibi qapısına sıxdıq və qol epizodları yaratdıq. Hesabı 2:1 etsəydik, oyunu xilas etmək olardı. “Marafon”u təbrik edirəm, onlar təcrübə hesabına qalib gəldilər.
Növbəti turda əsas rəqiblərimizdən olan “Ağdaş”la qarşılaşacağıq. Bu matça tam ciddi hazırlaşacağıq. Orada qələbədən, hətta heç-heçədən belə başqa şansımız yoxdur. İnanıram ki, rəqibi səfərdə məğlub edəcəyik”.