“Ağstafa Gəncləri” və “Qaradağ Lökbatan” komandaları AFFA İntizam Komitəsinin qərarı ilə 70 manat cərimə ödəyəcəklər.
1Sport.az xəbər verir ki, hər iki cəza II Liqanın XII turunda qeydə alınan sarı vərəqələrlə bağlıdır.
“Ağstafa Gəncləri” – “Hypers” matçında meydan sahiblərinin 5 futbolçusu, “Şirvan” – “Qaradağ Lökbatan” qarşılaşmasında isə qonaq komandanın 7 üzvü sarı vərəqə alıb.
Hər iki kluba qarşı qərar İntizam Məcəlləsinin 43.1-ci maddəsinə əsasən verilib.