DataLife Engine / Bu klubun hədəfi I Liqaya yüksəlməkdir

Bu klubun hədəfi I Liqaya yüksəlməkdir

II Liqanın 11-ci turunda "Zəngəzur" "Hypers"lə 2:2 hesablı heç-heçə edib.

1Sport.az-a açıqlama verən bölgə təmsilçisinin baş məşqçisi Vüsal Səfərov matçı şərh etdi:

"Bu görüşə də digər matçlar kimi ciddi hazırlaşmışdıq. Çempionat başlamazdan əvvəl də hədəfimiz çempionluq və I Liqaya vəsiqə qazanmaq olub. Oyun istədiyimiz kimi keçirdi, üstünlük bizdə idi. Yetərincə epizodumuz yaransa da, dəyərləndirə bilmədik. Hər iki hissənin əvvəlində fərqləndik. Lakin heyətdə zədəlilərin olması və qarşılaşmanın gedişində də bəzi futbolçuların sıradan çıxması səbəbindən sxemi dəyişməyə məcbur qaldıq. Meydana tam hazır olmayan oyunçuları buraxdıq və fərdi səhvlərə görə qapımızda qollar gördük. Rəqib də yaxşı komanda idi, sona qədər mübarizə apardı, amma təşəbbüs bizdə idi".

Qeyd edək ki, "Zəngəzur"un 12-ci turda "Dinamo" ilə keçirməli olduğu görüş klubun UEFA Region Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.

Bu gün, 12:11
Geri dön