DataLife Engine / "Bu liqada iki top buraxdıqdan sonra oyunun gedişatını dəyişmək çox çətin olur"

"Bu liqada iki top buraxdıqdan sonra oyunun gedişatını dəyişmək çox çətin olur"

II Liqanın 11-ci turunda “Ağstafa Gəncləri” “Difai”yə 3:0 hesabı ilə qalib gəldi.

1Sport.az-a açıqlama verən qonaqların məşqçisi Əli Hüseynov məğlubiyyəti şərh etdi:

"Oyuna yaxşı başlamadıq. Müdafiədə yol verdiyimiz iki kobud səhvdən rəqib maksimum yararlandı. Hesabda geri düşdükdən sonra dərhal oyuna müdaxilə etmək məcburiyyətində qaldım və erkən əvəzləməyə əl atdım. İkinci hissədə etdiyimiz dəyişikliklərdən sonra futbolçular daha yaxşı təsir bağışladılar, vəziyyəti düzəltməyə çalışdılar. Amma bu liqada iki top buraxdıqdan sonra oyunun gedişatını dəyişmək çox çətin olur".

Ə.Hüseynov heyət çatışmazlığından, qış transfer planlarından və növbəti turda "Marafon"la keçiriləcək görüşdən də danışdı:

"Görülməli işlərimiz çoxdur, düzəlməli mövqelərimiz var. Hazırda həm əsas heyətimiz, həm də ehtiyat oyunçular skamyamız kasaddır. Qış “transfer pəncərəsi”ndə zəif nöqtələrimizi gücləndirməyə çalışacağıq. Növbəti rəqibimiz "Marafon" yaxşı komandadır və turnir cədvəlində yüksək pillələrdə qərarlaşıb. Rəqibindən asılı olmayaraq hər matça eyni cür hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını edərək komandanı bu vəziyyətdən çıxarmaq və yenidən I Liqaya qayıtmaq istəyirik".

16-11-2026, 19:36
Geri dön