DataLife Engine / "Ağstafa Gəncləri" "Difai" ilə oyunu 10 dəqiqəyə həll etdi

"Ağstafa Gəncləri" "Difai" ilə oyunu 10 dəqiqəyə həll etdi

II Liqanın 11-ci turunda baş tutan "Ağstafa Gəncləri" – "Difai" qarşılaşması kifayət qədər maraqlı və dinamik keçdi.

1Sport.az xəbər verir ki, oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan tərəf qonaqlar oldu. "Difai" matça daha fəal başladı və ardıcıl hücumlarla ev sahiblərinin müdafiə xəttini təzyiq altında saxlamağa çalışdı. Lakin Ağstafa şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmaması hər iki komandanın oyun qurmasına və topa dəqiq nəzarət etməsinə ciddi maneə yaradırdı.

"Ağstafa Gəncləri" tədricən oyunu öz xeyrinə çevirməyi bacardı. Hücumlarının sayını artıran meydan sahibləri cəmi 10 dəqiqə ərzində matçın taleyini həll etdilər. 18-də kapitan Elgün Namazov dəqiq zərbə ilə hesabı açdı. Cəmi iki dəqiqə sonra Elçin Qasımov fərqi iki topa çatdırdı. Bu, hücumçunun oyunda yeganə qolu olmadı. 28-ci dəqiqədə yenidən səhnəyə çıxan Elçin Qasımov dublunu rəsmiləşdirərək hesabı 3:0 etdi.

İkinci hissədə də oyunda sərt mübarizənin şahidi olduq. "Difai" təsəlli qolunu vurmaq üçün irəli atılsa da, meydan sahiblərinin müdafiəçiləri və qapıçı Ülvi Quliyev səhvə yol vermədi. Əsas vaxta əlavə olunmuş 4 dəqiqədə də hesab dəyişmədi və Əli Bağırovun komandası ilk dəqiqələrdəki çətinliyə baxmayaraq, 3:0 hesablı inamlı qələbə ilə meydanı tərk etdi.

15 noyabr 2026. Saat 14:30. Ağstafa şəhər stadionu. 60 tamaşaçı
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rasim Musayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Ramin Süleymanov, 64 (qeyri-idman hərəkəti) // Nihad
Əliyev, 57 (qeyri-idman hərəkəti); Elvin Qurbanov, 79 (qeyri-idman hərəkəti)
Qollar: Elgün Namazov, 18; Elçin Qasımov, 20; 28
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Ağstafa Gəncləri”
16. Ülvi Quliyev
8. Elgün Namazov (k)
(21. Elgün Qəhrəmanov, 71)
10. Cavid İmamverdiyev
22. Adil Tağıyev
2. İlkin Allahverdiyev
24. Eşqin Kərimli
13. Ramin Süleymanov
(17. Elgün Salıfov, 65)
3. Nicat Oruclu
20. Elçin Qasımov
9. Sənan Aslanov
7. Hüseyn Alıyev
(18. Eldost Qiyasbəyli, 71)

Ehtiyat oyunçular:
1. Elgün Əmiraslanov
23. Uğur Məmmədhüseynov
11. Rahib Hüseynli
4. Şirməhəmməd Məmmədov
15. Yunis Hüseynov
6. Qəşəm Məmmədov
Baş məşqçi: Əli Bağırov

"Difai"
1. Ümid Paşayev
5. Zöhrab Əsədov
(17. Elvin Qurbanov,24)
(19. Rahil İbrahimov, 70)
71. Fəzail Şirxanzadə
11. Yaqub Yusubov
10. Məmməd Məmmədov
90. Ayxan Qaracayev
77. Enar Ağalarov
(99. Samir Hüseynli, 65)
3. Nihad Əliyev (k)
21. Emil Binyətzadə
(44. Miraqşin Abasov, 65)
2. Rafael Eyvazov
9. Azər Xəlilzadə

Ehtiyat oyunçular:
12. Fazil Həsənzadə
27. Firudin Rzayev
32. Gülağa Mirzəyev
Baş məşqçi: Adil Mahmudov

16-11-2026, 17:10
Geri dön