DataLife Engine / "Mingəçevir"ə bir qol kifayət etdi

"Mingəçevir"ə bir qol kifayət etdi

I Liqanın 8-ci turunda "Mingəçevir" "Baku Sportinq"i qəbul edib.

Görüşün ilk dəqiqələri meydan sahiblərinin təzyiqi altında keçib. Hətta matçın 4-cü dəqiqəsində akrobatik zərbə ilə hesabı açmağa yaxın olsalar da, qapıçı inamlı çıxış edib. Buna baxmayaraq, qarşılaşmanın 15-ci dəqiqəsində "Nur şəhəri" təmsilçisi önə keçməyi bacarıb. Samson Oqunmola qol vurub. Cəmi 1 dəqiqə sonra qonaqlar oyuna bərabərlik gətirməyə yaxın olsalar da, top az fərqlə qapıdan yan keçib.

İkinci hissədə hücumlar 65-ci dəqiqədən sonra çoxalıb. Hər iki tərəf cəhdlər etsə də, real qol şansı yarada bilməyib. Görüş 1:0 ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyətdən sonra xallarının sayını 7-yə çatdıran "Mingəçevir" 7-ci pillədə, "Baku Sportinq" isə 1 xalla sonuncu sırada qərarlaşıb.

19 noyabr 2026. Saat 14:30

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat
meydança) 200 tamaşaçı

Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Cavid Məmmədli, 40 (qeyri-idman hərəkəti); Həsrət Mürsəlov, 84
(qeyri-idman hərəkəti) // Əli Babayi, 79 (qeyri-idman hərəkəti)

Qol: Samson Oqunmola, 15

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Mingəçevir”
33. Eldar Tərlanov
10. Roman Hüseynov (k)
45. Rüstəm Nuruyev
(99. Kamil Qardaşlı, 83)
9. Xəlil Bəşirov
(8. Həsrət Mürsəlov, 83)
20. Əli Mürsəlov
(7. Cavanşir Şahbazlı, 64)
24. Nemət Şıxamirov
77. Nicat Quliyev
(6. Rimas Kerimi, 89)
18. Samson Oqunmola
21. Cavid Məmmədli
4. Hüseyn Hüseynov
5. Kehinde Alaqa

Ehtiyat oyunçular:
1. Afiq Musayev
19. Əsgər Hüseynov
17. Bahadur Quliyev
44. Elnur Mustafayev

Məşqçi: Samir Məmmədov

“Baku Sportinq”
1. Cəfər Əlizadə (k)
10. Elşən Abdullayev
(13. Rüstəm Əlizadə, 90+2)
9. Elnur Səmədov
(21. Elşən Hidayətov, 46)
6. Cabir Əmirli
27. Əli Babayi
3. Məhərrəm Orucov
7. Elvin Valiiev
(11. Məhərrəm Səfərov, 46)

8. Sadiq Hüseynli
77. Zahir Mirzəzadə
25. Hüseyn Məmmədzadə
4. Yelmar Aşurov
(30. Nəbi Məmmədov, 83)

Ehtiyat oyunçular:
88. Hilal Maqsudlu
33. Tural Mirsultanov
19. Rəsul İbrahimov
5. Fərid Səfərli

Məşqçi: Bəxtiyar Soltanov

Bu gün, 21:12
Geri dön