DataLife Engine / Xankəndidə I Liqa həyacanı

Xankəndidə I Liqa həyacanı

Bu gün I Liqada VIII tura start verilir.

Sport1.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

MOİK öz meydanında "Səbail"i, "Mingəçevir" "Baku Sportinq"i qəbul edəcək.

Günün ən maraqla gözlənilən matçı Xankəndi stadionunda təşkil olunacaq. Şəhərin eyniadlı komandası doğma meydanda ilk oyununu "Karvan-Yevlax"a qarşı keçirəcək. Bu, Xankəndi stadionunda yenidənqurmadan sonra keçirilən ilk oyun olacaq.


I Liqa

VIII tur

19 noyabr (cümə axşamı)

MOİK – “Səbail”

Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Binə qəsəbə stadionu, 14:00


“Mingəçevir” – “Baku Sportinq”

Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30


“Xankəndi” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Xankəndi şəhər stadionu, 16:00

Bu gün, 10:37
Geri dön