Döyüş - 1Sport.az

“Özümdən kiçik rəqibi məğlub etmək mənə şərəf gətirməz"
Şarabutdin Maqomedov (Şara Bullet) Arman Tsarukyanla mümkün qarşılaşması barədə danışıb.

1Sport.az xəbər verir ki, rusiyalı “Makapena” Youtube kanalına müsahibəsində 32 yaşlı idmançı çəki fərqinə görə belə bir döyüşün onun üçün xüsusi əhəmiyyət daşımayacağını bildirib:

“Bizim fiziki göstəricilərimiz fərqlidir. Belə bir döyüşə etirazım yoxdur, amma özümdən kiçik rəqibi məğlub etmək mənə şərəf gətirməz. Daha iri döyüşçülərlə qarşılaşıram”.

Qeyd edək ki, Şara Bulletin peşəkar MMA karyerasında 17 qələbə və 1 məğlubiyyət var. O, döyüşlərinin 12-ni nokautla qazanıb.

Sterlinq Həbibin komandasına hörmət etmir
UFC-nin keçmiş çempionu Aljameyn Sterlinq Həbib Nurməhəmmədovun komandasını tənqid edib.

1Sport.az xəbər verir ki, amerikalı döyüşçü "X" platformasında bununla bağlı paylaşım edib:

“Həbib komanda üzvlərini azadlığa çıxarmaq üçün şəxsən danışıqlar aparıb. 8-10 nəfərin iki nəfərə hücum etməsi qəbuledilməzdir. Əvvəllər onlara hörmət edirdim, amma artıq bunu deyə bilmərəm”.

Volkov: “Fransalı MMA-nı biabır etdi”
Aleksandr Volkov Siril Qanın Coş Hokiti məğlub etməsi haqda danışıb.

1Sport.az xəbər verir ki, UFC reytinqinin ikinci pilləsində yer alan rusiyalı fransalının üstün fiziki və texniki keyfiyyətlərinə baxmayaraq, döyüşdə bunlardan istifadə edə bilmədiyini bildirib. O, Qanın çıxışını “MMA-nı biabır etdi” sözləri ilə xarakterizə edib.

Qeyd edək ki, Volkov UFC-nin ağır çəki divizionunun ən təcrübəli döyüşçülərindən biridir.

Azərbaycan boksçuları U-23 Avropa Çempionatına qələbə ilə başladı
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.

1Sport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər iki üzvü qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda yunanıstanlı Georgios Pliasla üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev növbəti mərhələdə ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.

Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda belçikalı İdris Ahmed Xlifini üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.

Hər iki görüş noyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, çempionata noyabrın 24-də yekun vurulacaq.

İliya Topuriya nə vaxt geri dönəcək?
İliya Topuriyanın məşqçisi Xesus Qallo döyüşçünün geri dönüş vaxtı ilə bağlı açıqlama verib.

1Sport.az xəbər verir ki, UFC-nin baş direktoru Dana Uayt gürcünün 2027-ci ilin əvvəlində oktagona qayıdacağını bildirsə də, məşqçi bunun onun hazırlığından asılı olduğunu vurğulayıb:

"Topuriya fiziki və psixoloji cəhətdən tam hazır olduqdan sonra döyüşəcək. UFC-nin fikirləri bizim üçün önəmli deyil. Əsas məqsədimiz qələbə qazanaraq çempionluq titulunu geri qaytarmaqdır".

Qeyd edək ki, 29 yaşlı İliya Topuriya peşəkar MMA karyerasında 17 qələbə və 1 məğlubiyyət əldə edib. Döyüşçü sonuncu dəfə 2026-cı ilin iyununda Castin Qeytci ilə qarşılaşıb. Bu döyüşdə karyerasında ilk məğlubiyyətini alıb. Həmin qarşıdurmada hər iki gözünün orbit sümüyünü, burun çəpərini və ayağını zədələyib.

Peddi Pimblett İliya Topuriyanın karyerasını bitirmək istəyir
Peddi Pimblett İliya Topuriya ilə qarşılaşmaq arzusunda olduğunu bildirib.

1Sport.az xəbər verir ki, ingiltərəli “Red Corner MMA” nəşrinə bununla bağlı açıqlama verib:

“İliya ilə döyüşməkdən məmnun olaram. Onu karyerasını bitirməyə məcbur edərəm”.

Qeyd edək ki, 31 yaşlı döyüşçünün peşəkar karyerasında 24 qələbə və 4 məğlubiyyət var. O, qalibiyyətlətinin 7-ni nokautla qazanıb.

Boksçularımızın ilk rəqibləri bəlli oldu
Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə birinciliyinin püşkatma mərasimində Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.

1Sport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin şans verəcəyi boksçulardan 2-si - Məhəmmədəli Aşırəliyevlə Nicat Alırzayev noyabrın 16-da start götürəcək turnirin ilk günündə rinqə çıxacaqlar.

50 kq

Bilalhəbaşi Nəzərov - Katalin Turku (Moldova)

55 kq

Zidan Hümbətov - Badreddin Burauia (İtaliya)

60 kq

Məhəmmədəli Aşırəliyev - Georgios Pleas (Yunanıstan)

65 kq

Əli Abdullayev - Artur Kuzmenko (Ukrayna)

70 kq

Nicat Alırzayev - İdriss Əhməd Xlifi (Belçika)

75 kq

Abbasqulu Şadlinski - Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi

+90 kq

Səbuhi Əlizadə - İşxan Hovsepyan (Ermənistan)

Qeyd edək ki, doqquz gün davam edəcək yarışda 39 ölkədən 276 idmançı mübarizə aparacaq, qaliblərin adına isə noyabrın 24-də aydınlıq gələcək. Turnirdə Azərbaycanı Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Döyüşçümüz Taylandda nokauta görə pul mükafatı qazanıb
Banqkokda keçirilən "ONE Friday Fights 178" turnirində qalib gələn azərbaycanlı muay-tay döyüşçüsü Anar Məmmədov böyük məbləğdə mükafat əldə edib.

1Sport.az Taylandın "Daily News" nəşrinə istinadən xəbər verir ki, idmançımıza nokaut bonusuna görə 350 min bat (təxminən 10,3 min dollar və ya 17,6 min manat) ödənilib. Döyüş qonorarı ilə birlikdə onun ümumi qazancının 450-500 min bata (13,3-14,8 min dollar) çatdığı ehtimal olunur.

Qeyd edək ki, Məmmədov turnirdə o vaxta qədər "ONE Championship"də məğlubiyyət görməyən favorit Superlek Cittmuangnonu sensasiyalı şəkildə üstələyib.