DataLife Engine / Azərbaycan boksçusu Dünya kubokunda medalı təmin edib

Azərbaycan boksçusu Dünya kubokunda medalı təmin edib

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə Dünya kubokunun final mərhələsinin ikinci günündə Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov (70 kq) yarımfinala yüksəlib.

1Sport.az xəbər verir ki, 1/4 finalda çexiyalı Kelvin Sokessa ilə qarşılaşan boksçumuz hər üç raundu xeyrinə bitirərək 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Bununla da özü üçün azı bürünc medalı təmin edən İsgəndərov dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.

Dünən, 17:13
Geri dön