Bu gün İstanbulda boks üzrə IBA Prezident kuboku start götürəcək. Azərbaycan millisinin heyəti böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyev və Rüfət Aslanovun rəhbərliyi altında yarışacaq.
1Sport.az xəbər verir ki, turnirdə Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq) və Seyid Seyidov (85 kq) rinqə çıxacaqlar.
Yarışda ölkəmizi hakim kimi Fuad Aslanovla Rövşən Qədirov təmsil edəcəklər. Qaliblərin adına dekabrın 4-də aydınlıq gələcək.