UFC döyüşçüsü Karlos Prates rusiyalı İslam Mahaçevlə qarşılaşmaq istəyir.
1Sport.az xəbər verir ki, braziliyalı idmançı UFC 336 turnirində bu döyüşün baş tutmamasından məyus olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər yanvarda qarşılaşmanın keçirilməsi barədə razılığa gəlsələr də, sonradan təşkilatdan rusiyalı döyüşçünün təklifdən imtina etdiyi barədə məlumat alıb.
Prates əvvəlcə Maykl Moraleslə döyüşəcəyini, daha sonra isə Mahaçevlə üz-üzə gəlmək istədiyini vurğulayıb:
“İslamı məğlub edəcəyəm və onu MMA-dan getməyə məcbur edəcəyəm. Onunla oktagonda qarşılaşanda elə zərbə endirəcəyəm ki, bir daha döyüşmək istəməyəcək”.
Qeyd edək ki, 33 yaşlı braziliyalının peşəkar MMA karyerasında 24 qələbə və 7 məğlubiyyət var.