Merab Dvalişvili UFC çempionu Pyotr Yanla yenidən üz-üzə gəlmək niyyətindədir.
1Sport.az xəbər verir ki, “FightLuck”ın “X” sosial şəbəkəsində yaydığı məlumata əsasən gürcü döyüşçü rusiyalı rəqibi ilə dördüncü dəfə qarşılaşmağa maraqlı olduğunu bildirib:
“Düşünürəm ki, insanlar bizim döyüşümüzü yenidən görməkdən məmnun olacaqlar. Bu halda qarşıdurmamızda hesab 2:2 olacaq və yenidən bərabərləşəcəyik. Amma hər şey diviziondan asılıdır”.
Qeyd edək ki, tərəflər indiyədək üç dəfə qarşılaşıblar. İlk döyüşdə Merab Dvalişvili, sonrakı iki görüşdə isə Pyotr Yan qalib gəlib.